Vladimir Putin Azərbaycan prezidentinə başsağlığı verib

Vladimir Putin Azərbaycan prezidentinə başsağlığı verib
# 06 dekabr 2015 12:32 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR