Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək
# 15 mart 2016 07:54 (UTC +04:00)

Bakı - APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etməyi planlaşdırır.

APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə N. Nazarbayev bəzi ölkələrin Qazaxıstandakı səfirlərinin etimadnaməsinin qəbulu mərasimində deyib.

Etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edənlər arasında Azərbaycan səfiri Rəşad Məmmədov da olub.

"Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm", - deyə N. Nazarbayev qeyd edib.

Lakin o, səfərin tarixini açıqlamayıb.

Azərbaycan səfiri ilə yanaşı, BMT, İsrail, Özbəkistan, Tailand səfirləri də etimadnamələrini Qazaxıstan prezidentinə təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR