"Bank Respublika"nın rəhbərliyində dəyişiklik olub

"Bank Respublika"nın rəhbərliyində dəyişiklik olub
# 22 yanvar 2016 08:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bank Respublika" ASC-nin rəhbərliyində dəyişiklik edilib.

"APA-Economics"in məlumatına görə, bankın İdarə Heyətinin üzvü Elnur Həsənov İdarə Heyəti sədrinin müavini təyin olunub.

E. Həsənov 1992-ci ildə Gəncə şəhəri Texnologiya İnstitutunu, 1997-ci ildə Gəncə şəhəri Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, 2009-cu ildən Bankın İdarə Heyətinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR