Əfqanıstanda ABŞ-ın aviazərbələri nəticəsində 8 polis ölüb

Əfqanıstanda ABŞ-ın aviazərbələri nəticəsində 8 polis ölüb
# 19 sentyabr 2016 13:54 (UTC +04:00)

Bakı - APA. Əfqanıstanda ABŞ hərbi aviasiyasının hava zərbələri nəticəsində 8 əfqan polisi həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik” agentliyi Əfqanıstan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə Əfqanıstanın cənubunda, Taliban hərəkatının aktiv olduğu Uruzqan əyalətində baş verib. ABŞ qırıcısının ilk aviazərbəsi nəticəsində bir polis əməkdaşı ölüb. Digər polislərin hadisə yerinə gələn zaman ikinci aviazərbə endirilib. Nəticədə daha 7 polis əməkdaşı həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR