Aleksandr Vuçiç: “Serbiya Azərbaycan qazına ümid edə bilməz”

Aleksandr Vuçiç: “Serbiya Azərbaycan qazına ümid edə bilməz”
# 28 dekabr 2015 14:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Serbiya Azərbaycan qazına ümid edə bilməz”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Serbiyanın baş naziri Aleksandr Vuçiç bildirib.

“Mən İlham Əliyevlə bu məsələ haqqında danışmışam və o , səmimi şəkildə izah etdi ki, onlarda kifayət qədər qaz ehtiyatı yoxdur. "Şahdəniz" qaz yatağı bizim üçün kifayət deyil. Oradan 9,5 milyard kubmetr qaz hasil olunacaq, onun 9,2 milyard kubmetri artıq satılıb. Mən bütün rəqəmlərdən xəbərdaram, ona görə də narahatam və bilirəm ki, bizim problemlərimiz ola bilər. Bu səbəbdən, Avropa İttifaqı və Rusiya arasındakı razılaşma bizim üçün daha sərfəli olar”, - deyə A. Vuçiç söyləyib.

Qeyd edək ki, Serbiya illik 2 milyard kubmetr qaz istehlak edir. Daha əvvəl rəsmi Belqrad mavi yanacağa olan tələbatını Ukrayna marşrutuna alternativ olan "Cənub axını" qaz kəməri vasitəsilə həll edəcəyini planlaşdırsa da, ötən il Rusiyanın layihəni dayandırması ilə Serbiya yeni marşrutlar axtarışına çıxmaq məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR