Rio-de-Janeyroda jurnalistləri daşıyan avtobus atəşə tutulub

Rio-de-Janeyroda  jurnalistləri daşıyan avtobus atəşə tutulub
# 10 avqust 2016 04:24 (UTC +04:00)

Rio-de-Janeyroda Olimpiadanı işıqlandıran jurnalistləri daşıyan avtobus atəşə tutulub.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident avtobusun basketbol yarışlarının keçirildiyi məkana doğru hərəkət etdiyi zaman baş verib.

Atəş nəticəsində avtobusun şüşələri qırılıb, iki nəfər yüngül xəsarət alıb.

Braziliya polisi insidentlə bağlı hələlik heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR