Bakı sakinindən hədə-qorxu ilə pul alan şəxs saxlanılıb

Bakı sakinindən hədə-qorxu ilə pul alan şəxs saxlanılıb
# 06 avqust 2016 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinini öldürməklə hədələyib pul alan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də Bakı şəhər sakini Ceyhun Məmmədov həmyerlisi Elvin Quliyevi öldürəcəyi ilə hədələyib ondan 5000 manat pul alıb.


Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR