Böyük Britaniya, Türkiyə və Yaponiya Azərbaycanda əsas kapitala ən çox sərmayə yatıran ölkələrdir

Böyük Britaniya, Türkiyə və Yaponiya Azərbaycanda əsas kapitala ən çox sərmayə yatıran ölkələrdir
# 21 yanvar 2016 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 mlrd. 20,1 mln. manat vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü il ilə müqayisədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin məbləği 2 mlrd. 139,7 mln. manat və ya 43,84% artıb.

2014 və 2015-ci ilin statistik göstəricilərini müqayisə edəndə məlum olur ki, əsas kapitala vəsait yatıran xarici ölkələrin siyahısında ilk onluqda yerdəyişmə və dəyişiklik baş verib. Belə ki, 2015-ci ildə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 6 mlrd. 184,3 mln. manatı (88,1%-i) Böyük Britaniya, Türkiyə, Yaponiya, Norveç, İsveç, Rusiya, İran, Malayziya və ABŞ sərmayədarlarına məxsus olub.

2014-cü ildə isə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 4 mlrd. 484,2 mln. manatı (91,9%-i) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya, Yaponiya və Hindistan sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR