Ombudsman Aparatının əməkdaşları hərbi hissədə monitorinq keçirib

Ombudsman Aparatının əməkdaşları hərbi hissədə monitorinq keçirib
# 16 mart 2016 15:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissəsinə plan üzrə baxış keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxışın məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissədə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənmək olub. F.Həsənov hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavininin müşayiəti ilə hərbi hissənin bütün obyektlərinə, o cümlədən müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanasına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün yaradılmış yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə baxış keçirib. Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti müsbət qiymətləndirilib.

Həmçinin, Ombudsman Aparatının əməkdaşı həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş keçirib, insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.

Belə tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR