Həmsədrlərin Ankara görüşü təxirə salınıb

Həmsədrlərin Ankara görüşü təxirə salınıb
# 20 iyul 2016 09:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Türkiyədə nəzərdə tutulan görüşü təxirə salınıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib: “Hazırda görüşün tarixini nəzərdən keçiririk”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında həmsədrlərin münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə Türkiyə tərəfini məlumatlandıracağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR