Bu il ARDNF AÇQ və “Şahdəniz”dən 6,560 mlrd. ABŞ dolları gəlir əldə edib

Bu il ARDNF AÇQ və “Şahdəniz”dən 6,560 mlrd. ABŞ dolları gəlir əldə edib
# 02 dekabr 2015 10:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında AÇQ yataqları üzrə fond 6 258 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 302 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

2014-cü ilin 11 ayı ilə müqayisədə bu il ərzində ARDNF-nin gəlirləri AÇQ yataqları üzrə 2,33 dəfə, “Şahdəniz” yatağı üzrə isə 38,49% azalıb.

Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 122 265 mln. dollar, “Şahdəniz” yatağı üzrə isə 2 701 mln. dollar həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR