Məşhur aktyor dünyasını dəyişib

Məşhur aktyor dünyasını dəyişib
# 02 noyabr 2015 01:45 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Neşvill şəhərində (Tennessi ştatı) məşhur amerikalı aktyor, sabiq senator Fred Dalton Tompson 73 yaşında dünyasını dəyişib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi məlumata görə, o, limfoma xəstəliyindən əziyyət çəkirmiş.

F.Tompson karyerası ərzində 20-dən çox filmdə rol alıb. Onlardan ən məşhuru dünya şöhrətli “Law & Order” seriyalıdır.

Vaxtilə Senatda Respublikaçılar partiyasını təmsil edən Fred Dalton Tompson 2007-ci ildə prezidentliyə namizədliyini irəli sürüb, 2008-ci ilin yanvarın da isə geri götürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR