Berlində “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək

Berlində “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək
# 06 noyabr 2015 02:18 (UTC +04:00)

Bakı-APA. Noyabrın 6-da Berlində “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya xarici işlər idarəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, görüşdə məqsəd Minsk razılaşmalarının həyata keçirilməsində irəliləyişə nail olmaqdır.

“Hazırkı dövrdə ən aktual məsələ sülh sazişinin siyasi hissəsinin yerinə yetirilməsidir. Donbasda vəziyyəti uzunmüddətli perspektivdə sabitləşdirmək yalnız siyasi proses işə düşdükdən sonra mümkündür. Bu isə konstitusiya islahatı və ATƏT müşahidəçilərinə geniş imkanların yaradılmasını nəzərdə tutur”, deyə Almaniya XİN nümayəndəsi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR