YAP Qadınlar Şurasının sədri təhsil nazirinin müşaviri təyin olunub

YAP Qadınlar Şurasının sədri təhsil nazirinin müşaviri təyin olunub
# 08 aprel 2016 15:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunmuş Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Qeyd edək ki, N. Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR