Bakıda iki yaşayış binasında yanğın baş verib

Bakıda iki yaşayış binasında yanğın baş verib
# 04 fevral 2017 21:42 (UTC +04:00)

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının tavanı 2 m2 sahədə və ev əşyaları 3 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindən 16-cı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb. Elektrik kabellərinin qalan hissəsi və kommunikasiya xətləri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR