ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək

ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək
# 07 iyul 2017 04:48 (UTC +04:00)

ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Biz, Rusiyanın Suriyada xüsusi məsuliyyət daşıdığına əminik... və biz onlara təzyiq göstərməkdə davam edəcəyik”, - deyə o bildirib.

Nauert qeyd edib ki, ABŞ Rusiya ilə çalışmaqda davam edəcək.

“ABŞ-ın Suriyaya dair siyasəti dəyişməyib. Biz müxtəlif variantları nəzərdən keçiririk”, - deyə Nauert qeyd edib.

Ötən gün ABŞ dövlət katibi Reks Tillerson Vaşinqtonun Suriyada sabitliyin təmin edilməsi, o cümlədən, uçuşdan azad zonaların yaradılması, atəşkəs rejiminə nəzarət, humanitar yardımların tədarükü məsələlərində Rusiya ilə birgə mexanizmin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR