Bank Of Baku

Bakıda restoran işçisini avtomobil vuraraq öldürüb - FOTO - VİDEO

Bakıda restoran işçisini avtomobil vuraraq öldürüb  - FOTO  - VİDEO
# 11 fevral 2022 21:19 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.

1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR