Xaçmazda maşın yoldan çıxaraq aşıb, 4 nəfər xəsarət alıb

Xaçmazda maşın yoldan çıxaraq aşıb, 4 nəfər xəsarət alıb
# 24 iyul 2017 11:04 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Hülövlü kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ 21011" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qalağan kənd sakinləri, 1951-ci il təvəllüdlü Məmmədov Hümbət Məmmədəli oğlu, 1955-ci il təvəllüdlü İsayev Qaflan Aslan oğlu, 1981-ci il təvəllüdlü Hafizova Mətanət Nurəddin qızı və rayonun Keymərəz kənd sakini, 1960-cı il təvəllüdlü Əzizov Zəbisultan Yunus oğludur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR