Estoniya prezidenti: “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ilə daha yaxın olmaqda maraqlıdır”

Estoniya prezidenti: “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ilə daha yaxın olmaqda maraqlıdır”
# 26 oktyabr 2017 09:15 (UTC +04:00)

“”Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqı ilə bu ölkələr arasında əlaqələrdə vacib alətlərdən biridir”.

APA-nın məlumatına görə, bu sözləri Estoniya prezidenti Kersti Kalyulayd Tallində “Şərq tərəfdaşlığı” ölkələrinin biznes forumunda çıxışında deyib.

K. Kalyulayd bildirib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ilə daha yaxın olmaqda maraqlıdır: “Şərq tərəfdaşlığı Avropa Qonşuluq Siyasətinin mərkəzi hissələrindən biridir. Aİ hər zaman alternativlərin axtarışındadır. “Şərq tərəfdaşlığı” ölkələri özləri isə öz cəmiyyətlərinin inkişafına məsuldur. Onlar ətraf mühitin inkişafına, korrupsiyanın qarşısının alınmasına, hər kəsə eyni biznes mühiti yaradılmasına məsuliyyət daşıyırlar. Biznes forum tək sammitə gedən yolda vacib tədbir deyil, həm də bizə yol xəritəsi rolunu oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR