Sektor müdiri: "Ölümlə nəticələnən A (H1N1) virusunun ölkəmizə keçməsinin qarşısı alınıb"

Sektor müdiri: "Ölümlə nəticələnən A (H1N1) virusunun ölkəmizə keçməsinin qarşısı alınıb"
# 30 dekabr 2016 14:58 (UTC +04:00)

"Azərbaycanda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb".

APA-nın xəbərinə görə, Sanitar-Epidemioloji Nəzarət Sektorunun müdiri Viktor Qasımov illik hesabatında bildirib ki, hər il olduğu kimi, 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb. O deyib ki, virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir: "Yoluxucu xəstəliklərlə mübarizə işində müasir strategiyalar tətbiq olunmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Nəticədə qonşu ölkələrdə və ümumiyyətlə, regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitliyi qoruyub saxlamaq mümkün olub. Bu istiqamətdə görülən prioritet tədbirlərdən biri uşaqların immunoprofilaktikasıdır. Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. Qeyd etmək lazımdır ki, 2 yeni - B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinin tətbiqinə son illərdə başlanılıb. Ölkə üzrə peyvənd planının 95-97% yerinə yetirilməsi və immunlaşdırma işinin mütəmadi təkmilləşdirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR