Zərdabda intihara cəhdin qarşısı alınıb

Zərdabda intihara cəhdin qarşısı alınıb
# 18 iyul 2018 09:10 (UTC +04:00)

Zərdab sakini Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərib.

Cəhdin qarşısı ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb. Onunla izahedici söhbət aparıldıqdan sonra buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR