İşğal altındakı Azərbaycan ərazilərində istehsal olunan məhsullar, turizm, yük daşımaları barədə məlumatlar Çin şirkətinin saytından çıxarılıb

İşğal altındakı Azərbaycan ərazilərində istehsal olunan məhsullar, turizm, yük daşımaları barədə məlumatlar Çin şirkətinin saytından çıxarılıb
# 10 iyun 2015 10:09 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Çindəki Səfirliyindən məlumat verilib.

Məsələ ilə əlaqədar səfirlik əməkdaşı “Alibaba” şirkətinin Pekin şəhərindəki ofisində şirkətin vitse-prezidenti Donqvey Şi (DongWei Shi) ilə görüşüb.

Görüş zamanı səfirlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı geniş məlumat verilib, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən Çinin də dəstəyi ilə dörd qətnamə qəbul olunduğu diqqətə çatdırılıb.

Həmçinin Çinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu və bu mövqenin 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin ÇXR-ə rəsmi səfəri zamanı qəbul edilmiş Birgə Bəyannamədə qeyd olunduğu bildirilib.

Şirkətin vitse-prezidenti Donqvey Şi “Alibaba” şirkətinin siyasi təşkilat olmasa belə, ölkəsinin siyasi mövqeyinə hörmətlə yanaşdığını və qeyd olunan məsələ ilə ciddi məşğul olacaqlarını diqqətə çatdırıb.

O, Azərbaycan və Çinin iki dost ölkə olduğunu vurğulayaraq, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün müvafiq işin aparılacağına tam təminat verib və “Alibaba” şirkəti olaraq ölkəmizlə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını ifadə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR