“Günay Bank” II rübü 4,5 mln. manatlıq mənfəətlə başa vurub

“Günay Bank” II rübü 4,5 mln. manatlıq mənfəətlə başa vurub
# 08 avqust 2017 14:58 (UTC +04:00)

“Günay Bank”ın aktivlərinin həcmi 2017-ci ilin II rübündə 144,376 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 56% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50% artaraq 124,770 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 96% artaraq 43,224 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 22,710 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 16,7% artım deməkdir. Bankın öhdəliklərinin həcmi hesabat dövrünün sonuna 84,129 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 31,1% artaraq 60,265 mln. manat təşkil etdiyi halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. 910,09 min manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,1 dəfə artaraq 6,729 mln. manat, xərcləri isə təxminən 2,5% artaraq 3,580 mln. manat olub.

Cari ilin ilk altı ayını “Günay Bank” 4 mln. 473 min 830 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR