Dünya və Avropa çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb

Dünya və Avropa çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb
# 05 oktyabr 2017 12:49 (UTC +04:00)

Dünya və Avropa çempionatlarının final və seçmə mərhələlərində ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın mütləq rekordçusu Canluici Buffondu.

İtaliya yığmasının qapıçısı 107 belə qarşılaşmada meydana çıxıb. Portuqaliyalı Kriştianu Ronaldonun hesabında 97 görüş var. İlk “üçlüy”ü ispaniyalı qapıçı İker Kasilyas qapayır – 96 oyun.

UEFA-nın müəyyənləşdirdiyi “onluq”da azərbaycanlı futbolçu yer almayıb. Bu göstəricidə millimizin rekordçusu isə Rəşad Sadıqovdu. Bu gün yığmada son matçına çıxacaq 35 yaşlı müdafiəçi 59 seçmə oyununda iştirak edib.

Dünya və Avropa çempionatlarında vurulan qol sayında isə Kriştianu Ronaldo (Portuqaliya) 61 dəfə fərqlənib. Miroslav Kloze (Almaniya) 48, Zlatan İbrahimoviç (İsveç) və Robvbi Kin (İrlandiya) 44 qola sevinib. Futbolçularımız liderlər sırasında yer almayıb. Millimizdə isə Qurban Qurbanovla Vaqif Cavadov hamıdan çox – hərəyə 5 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR