Ağstafa rayon sakini avtomobil təmir edən zaman ağır xəsarət alıb

Ağstafa rayon sakini avtomobil təmir edən zaman ağır xəsarət alıb
# 12 mart 2017 09:52 (UTC +04:00)

Ağstafa rayon sakini ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dağ Kəsəmən kənd sakini, 1983-cü il təvəllüdlü Salifov Samir Mehdi oğlu kəllə beyin travması və sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

S. Salifov avtomobil təmir edəndə başına dəmir parçası düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR