Ərdoğan və Merkel arasında telefon danışığı olub

Ərdoğan və Merkel arasında telefon danışığı olub
# 01 dekabr 2016 20:15 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyət müzakirə edilib, şəhər əhalisinə humanitar yardımların çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.

Tərəflər həmçinin Kipr məsələsini və Suriyadakı prosesləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR