Rəfiqəsini bıçaqlayan qadına şərti cəza verilib

Rəfiqəsini bıçaqlayan qadına şərti cəza verilib
# 19 iyul 2018 09:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Abbasova barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Məhkəmə hökmü elan edərkən, onun zərərçəkmiş şəxslə barışmasını, hadisəni törədərkən yetkinlik yaşına çatmadığını nəzərə alıb.

Qeyd edək ki, A. Abbasova aralarında yaranan münaqişə zəmnində rəfiqəsi Məryəm Hüseynovanı bıçalayıb. Xəstəxanya çatdırılan şəxsi xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR