Bakıda 2 ha sahədə quru ot və məişət tullantıları yanıb - YENİLƏNİB

Bakıda 2 ha sahədə quru ot və məişət tullantıları yanıb - <span style="color: red;">YENİLƏNİB
# 30 iyul 2017 11:44 (UTC +04:00)

Bu gün Bakı şəhəri, Xətai rayonunda 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 11.25

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda boş ərazidə quru ot və məişət tullantılarının yanması haqqında məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin DYMX-nin yanğınsöndürmə bölmələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR