Britaniyanın cənubunda bıçaqlı şəxs küçədə iki nəfəri öldürüb, daha birini yaralayıb

Britaniyanın cənubunda bıçaqlı şəxs küçədə iki nəfəri öldürüb, daha birini yaralayıb
# 23 dekabr 2019 07:25 (UTC +04:00)

İngiltərənin Qərbi Sasseks qraflığının Kroli Daun şəhərində bıçaqlı şəxsin hücumu nəticəsində iki qadın ölübdaha bir kişi xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, insident yerli vaxtla saat 10:18-də (Bakı vaxtı ilə 14:18-də) küçədə baş verib və cinayətkar şəxs tutulub. Hazırda kriminalistlər hadisə yerində araşdırma aparırlar. Küçə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Polisin dediyinə görə, hadisə ictimaiyyət üçün təhlükə yaratmır: “Hazırda hesab edirik ki, bu, əhali üçün heç bir təhlükə yaratmayan sıravi bir hadisədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR