Nəsir Əhməd Andişa: "Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir"

 Nəsir Əhməd Andişa: "Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir"
# 23 iyun 2018 08:05 (UTC +04:00)

"Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir".


Bunu APA-ya Əfqanıstanın xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişa deyib. Azərbaycanın Əfqanıstanın çox mühüm tərəfdaşı olduğunu deyən N. Andişa ötən il keçirilən "Asiyanın Qəlbi" konfransının əhəmiyyətinə də toxunub.

O bildirib ki, hər ay Əfqanıstandan bir ya iki yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gəlir: "İqtisadi dəhlizlərlə bağlı əməkdaşlıq məsələləri müzakirə edilir ki, bu dəhlizlər Əfqanıstandan başlayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistandan keçir. Bunlar da ticarət əməkdaşlığı baxımından alternativ marşrutdur. Texnologiya sahəsində Azərbaycanla mövcud olan əməkdaşlığımızın vəziyyəti ilə tanış olmaq üçün burdakı şirkətlərdən birinə baş çəkəcəyəm".


"ASAN" Xidmətin əhəmiyyətini vurğulayan nazir müavini əlavə edib ki, Əfqanıstanın paytaxtı Kabildə Azərbaycan səfirliyinin açılması vacibdir: "Azərbaycanın bunu gerçəkləşdirəcəyini gözləyirik. Ondan sonra əlaqələrimiz daha da genişlənəcək".

Nazir müavini əlavə edib ki, Azərbaycan və Əfqanıstan arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülə bilər".

Ölkələr arasında qarşılıqlı təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə yaxşı əlaqələrin mövcud olduğunu Andişa bir çox Əfqan tələbənin ADA universitetində təqaüd proqramı üzrə təhsil aldığını da xatırladıb.

O bildirib ki, Azərbaycan və Əfqanıstanın mədəniyyəti oxşardır.

Qeyd edək ki, Əfqanıstan xarici işlər nazirinin müavini CAMCA-2018 Regional forumunda iştirak etmək üçün Azərbaycana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR