Göygöldə yol qəzasında bir ailənin üç üzvü ölüb, 2-si xəsarət alıb - YENİLƏNİB

Göygöldə yol qəzasında bir ailənin üç üzvü ölüb, 2-si xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 10 iyul 2018 13:09 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində “Mercedes” amrkalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Rabil oğlu xəstəxanada, onun anası Bənövşə Aydınzadə və F. Aydınzadənin 7 aylıq övladıı hadisə yerində ölüb.

F. Aydınzadənin həyat yoldaşı və bacısı, 1982-ci il təvəllüdlü Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

12.58

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR