Sabirabadda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb

Sabirabadda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb
# 23 noyabr 2017 18:48 (UTC +04:00)

Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR