Gəncədə 70 yaşlı məcburi köçkünü avtomobil vurub

Gəncədə 70 yaşlı məcburi köçkünü avtomobil vurub
# 10 avqust 2017 21:15 (UTC +04:00)

Gəncə-Samux yolunda piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. "VAZ 21015" markalı avtomobil şəhərdə məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün 1947-ci il təvəllüdlü Hüseynov Bəhmən Rəhim oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR