Xaçmazda bir neçə kənddə yanğın baş verib - VİDEO

Xaçmazda bir neçə kənddə yanğın baş verib - <span style="color: red;">VİDEO
# 06 sentyabr 2015 16:08 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda bir neçə kənddə yanğın qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonunun 5 yaşayış məntəqəsində yanğın olub. Rayonun Qımılqışlaq, Nərəcan, Armupadar, Xudatkənd və 4-cü şöbə adlanan ərazilərindəki yanğın əsasən biçilmiş sahələr və kol-kos olan ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər, Quba, Qusar və Siyəzən rayonlarından da kömək gəlib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirsə də, yanğınlar nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR