Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var

Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var
# 25 aprel 2018 16:04 (UTC +04:00)

Lənkəranda kütləvi dava olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.

Tükəvilə-Bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü Veravul kənd sakini, 1958-ci il təvəllüdlü Azər Ağabala oğlu Musayev və digər bir sürücü, 1970-ci il təvəllüdlü İslam İsa oğlu Hüseynovla sərnişin arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Nəticədə A. Musayev və İ. Hüseynov sərnişin tərəfindən döyülüb.

Onlar xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR