Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin müvafiq dövründəki göstəricini 0,4% üstələyərək 437,6 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricinin 384,5 mln. dolları ixracın payına düşüb ki, bu da ötən ilin göstəricisini 0,3% üstələyib.
Hesabat dövründə idxalın həcmi 1,5% artaraq 53,1 mln. dollar təşkil edib.