Azərbaycanda hemodializ müalicəsi alan 15 uşaq var

Azərbaycanda hemodializ müalicəsi alan 15 uşaq var
# 07 fevral 2020 11:56 (UTC +04:00)

"Bu gün Azərbaycanda hemodializ müalicəsi alan 15 uşaq var".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib.

O bildirib ki, böyrək xəstəlikləri olan uşaqlar 0-15 yaş arasındadır: "Böyrək xəstəliyi olan müəyyən sayda uşaqlar var. Onlar hələ ki, konservativ dərman müalicəsi alırlar. Həkimlərin nəzarəti altındadırlar. Onların müalicəsi effektsiz olduğu halda böyrək çatışmazlığı əmələ gələ bilər".

F.Babayev qeyd edib ki, böyrək transplantasiyası həyata keçirilən uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR