Küveytdə İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Küveytdə İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək
# 14 may 2015 10:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı mayın 27-29-da Küveytdə keçiriləcək. Bu barədə APA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən tədbirin gündəliyi hələlik tam müəyyənləşməyib.

Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarovun da görüşdə iştirakı gözlənilir.

Xatırladaq ki, Şuranın 41-ci iclası 2014-cü ilin 18-19 iyununda Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR