Bakıda 18 hektarlıq Avropa Oyunları Parkı - XÜSUSİ REPORTAJ

Bakıda 18 hektarlıq Avropa Oyunları Parkı - <span style="color: red;"> XÜSUSİ REPORTAJ
# 26 may 2015 12:47 (UTC +04:00)

I Avropa Oyunlarının keçiriləcəyi arenalardan biri də tam hazırdır. Bura Avropa Oyunları Parkıdır. Burada iki üzgüçülük hovuzu var ki, onlarda tam hazır vəziyyətə gətirilib. Hazırda hovuzların üzəri xüsusi örtüklər vasitəsilə qapadılıb. Hovuzların uzunluğu 32, eni isə 25 metrdir.

Avropa Oyunları parkında 4 idman növü üzrə yarışlar keçiriləcək. Bunlar su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışlarıdır. Parkın ərazisində təxminən 18 hektara qədər ərazidə 3 idman qurğusu və 4 funksional zona yaradılıb.

Avropa Oyunları Parkının layihə rəhbəri Tom Butçerin dediyinə görə, parkın ümumi tamaşaçı tutumu 10 min nəfərdir: "Hər bir azarkeş oyunlar zamanı bura rahatlıqla gəlib istədikləri yarışlara baxa bilər. Bunun üçün istənilən bir şərait yaradılıb".

Yüksək fiziki güc tələb edən su polosu idman növünün 10 gün boyu davam edəcək yarışları tamaşaçıların yaddaşında həyəcan dolu anlarla qalacaq. Avropa Oyunları Parkında yerləşən və tam yeni bir arenada - Vaterpol arenasında 360-dan çox atlet qızıl medal uğrunda qüvvəsini sınayacaq. Bu yarışlar ənənəvi Olimpiya proqramından komandaların sayının artırılmasına görə fərqlənir. Belə ki, kişilərin yarışında 16, qadınların yarışında 12 komanda mübarizə aparacaq.

Su polosu idmanı üzrə təsnifat yerləri gənclər arasındakı son iki Avropa Çempionatında Avropa Oyunlarına birbaşa vəsiqə qazanan komandalar və ev sahibi MOK üçün ayrılan təsnifat yerləri əsnasında müəyyənləşəcək.

Çimərlik voleybolunun və çimərlik futbolunun keçiriləcəyi məkan da tam hazırdır. Burada yarışlar ardıcıl olaraq iyunun 12-dən 28-ə kimi davam edəcək.

Çimərlik voleybolunda medallar uğrunda yarışa qatılacaq kişi və qadın atletlərdən ibarət 64 komanda Çimərlik Arenasında kimin ən güclü olduğunu aydınlaşdırmağa çalışacaq. Qızıl medallar uğrunda gedəcək qızğın mübarizədə rəqiblər bir birini daha böyük hesabla məğlub etməyə çalışacaqlar. Yarışlara iyunun 16-da start veriləcək və komandaların Rio 2016 Yay Olimpiya Oyunları üçün mümkün reytinq xalları toplamaq şansı olacaq.

Futbolun ən məşhur növlərindən biri olan çimərlik futbolu normal futbol meydançasının dərddə biri ölçüsündə qum meydançada oynanılır. Əksər hallarda oyunlar yüksək sürətli qarşılıqlı əks hücumlar şəraitində keçir ki, bu da oyunda orta hesabla hər bir dəqiqəyə 2 real qol şansı yaradır. Kişilərdən ibarət 8 komanda, ümumilikdə isə 96 atlet 5 gün ərzində bacarıqlarını nümayiş etdirib qalib gəlməyə çalışacaq. Avropa Oyunları Parkında yerləşən Çimərlik Arenası futbol yarışları zamanı 2,900 tamaşaçı tutumuna malik olacaq.

Arenada diqqətimizi çəkən xüsusi detallardan biri də meydançaya döşənmiş Türkiyədən gətirilən qumdur. Mütəxəssislər deyir ki, bu qum adi qumlardan xeyli fərqlidir. Çimərlik futbolu və çimərlik voleybolu yalnız xüsusi maddələrin qatıldığı bu tip qumların üzərində keçirilir.

Tamaşaçılardan əlavə burda bütün idman obyektlərində olduğu kimi, media nümayəndələri üçün də lazımi şərait yaradılıb. Parkın bütün komplekslərində quraşdırılan idman qurğuları isə dünyanın tanınmış şirkətlərinin məhsullarıdır.

Qeyd edək ki, çimərlik voleybolu üçün 128, çimərlik futbolu üçünsə 96 idmançının Bakıya gələcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR