Bu il 93 hündürmərtəbəli bina qazlaşdırılıb

Bu il 93 hündürmərtəbəli bina qazlaşdırılıb
# 03 aprel 2017 09:44 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, 2017-cı ilin yanvar-mart ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 93 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 4903 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR