Şəmkirdə yanacaqdaşıyan yük maşını qəzaya uğrayıb

Şəmkirdə  yanacaqdaşıyan yük maşını qəzaya uğrayıb
# 04 dekabr 2014 20:34 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Çənlibel kəndində (rayon mərkəzindən 23 km aralı) "Kamaz" markalı yanacaq daşıyan (həcmi 22 ton olan) avtomobillə "Hyundai" markalı yük avtomobili toqquşub.

Hadisə zamanı yanacaqdaşıyan avtomobilinin çəni deşilərək təxminən 4 ton yanacaq yerə axaraq 60 kv.m sahəni əhatə edib. Yanğın təhlükəsini aradan qaldırmaq üçün yanğınsöndürənlər tərəfindən müvafiq tədbirlər görülüb və qəzanın nəticələri aradan qaldırılana qədər hadisə yerində növbə çəkiblər. Aidiyyatı qurumlar məlumatlandırılıb. Əməliyyat saat 19:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR