Azərbaycan prezidenti Latviyanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti Latviyanın müdafiə nazirini qəbul edib
# 07 avqust 2014 10:17 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb.

Prezident İ. Əliyev ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində əlaqələrin müzakirəsi üçün səfərin yaxşı fürsət yaratdığını deyib.

Latviyanın müdafiə naziri R. Veyonis ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafının əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın ölkəsi üçün müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə mühüm tərəfdaş olduğunu bildirib.

O, Latviyanın Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR