Ukrayna gənclər və idman naziri: "Gənclər siyasəti sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək istəyirik"

Ukrayna gənclər və idman naziri: "Gənclər siyasəti sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək istəyirik"
# 28 oktyabr 2014 10:29 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna gənclər siyasəti sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq arzusundadır.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın gənclər və idman naziri Dmitri Bulatov deyib.

Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətindən danışan D. Bulatov qeyd edib ki, qlobal səviyyədə gənclər siyasəti ilə bağlı yeni, mütərəqqi addımlar atmaq lazımdır.

“Azərbaycan çətin günlərdə Ukraynanın yanında olub. Bu ölkələr arasında daim dostluq olub, onlar bir-birini dəstəkləyiblər. Azərbaycanın Gənclər Siyasəti üzrə I Qlobal Forumu yüksək səviyyədə təşkil etməsi göz qabağındadır. Biz ölkənizin bu cür təşəbbüslərini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.

D. Bulatov Azərbaycana səfəri zamanı ölkənin infrastrukturu və gənclər sektoru ilə yaxından maraqlandığını deyib: “Azərbaycanda gənclərin müxtəlif sahələrdə inkişaf etməsinə xüsusi diqqət yetirilir. Biz də bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq arzusundayıq. Öz qüvvələrimizi bir məqsəd üçün birləşdirməliyik. Ukraynada azərbaycanlı gənclər az deyil. Onlar Ukraynanın mədəni həyatında yaxından iştirak edirlər, idman sahəsində fəallıqları ilə seçilirlər. Azərbaycandan olan gənclərə qarşı xüsusi rəğbətim var, onların dəstəyinə daim bel bağlaya bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR