Aytən Mustafayeva: “Dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar,  oyunçular var” - FOTOSESSİYA

Aytən Mustafayeva: “Dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar,  oyunçular var” - <span style="color: red;">FOTOSESSİYA
# 05 avqust 2014 08:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. ”Azərbaycan son bir neçə gündə şəhidlər verib. Necə olur ki, Ukrayna hadisələrində separatçılara, onlara dəstək verən ölkəyə sanksiyalar tətbiq olunur, Azərbaycana 20 ildən artıqdır təcavüz edən işğalçı dövlətə nəinki sanksiya tətbiq edilir, ona ABŞ və digər ölkələr tərəfindən yardım edilir. Bu onu göstərir ki, dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar, oyunçular var. Amma yaddan çıxarırlar ki, bu maraqların, oyunların arxasında insan taleləri dayanır".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bu gün Bakıda institutun, Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

Millət vəkili, konfransın dünyada cərəyan edən gərginliklər fonunda keçirildiyini nəzərə çatdırıb.

A.Mustafayeva Azərbaycanın NATO ilə əlaqələrinin vacibliyini vurğulayıb. O bildirib ki, konfransın təşkilində məqsəd Uels sammiti ilə bağlı gözləntiləri müəyyənləşdirmək və elan etməkdir.

A.Mustafayeva əlavə edib ki, elə beynəlxalq təşkilatlar var ki, yalnız mandatları çərçivəsində fəaliyyət göstərirlər: "NATO da belə təşkilatdır. Biz NATO-dan siyasi dəstək gözləyirik və ümid edirik ki, bu qurumda bizi başa düşəcəklər. Azərbaycan ötən illərdə özünü yaxşı bir tərəfdaş kimi göstərib".

Millət vəkili əlavə edib ki, Azərbaycan 20 il əvvəlki ölkə deyil. Azərbaycanın təbii sərvətləri, geostrateji mövqeyi ilə hər zaman maraq kəsb etdiyini vurğulayan A.Mustafayeva, ölkəmizin böyük yolun ortasında keçid yox, birləşdirici amil olduğunu əlavə edib. Onun sözlərinə görə, Azərbaycan daha fərqli bir münasibətə layiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR