“Qalatasaray”da fövqəladə qurultay keçirilir, yeni başqan seçilir - FOTOSESSİYA

“Qalatasaray”da fövqəladə qurultay keçirilir, yeni başqan seçilir  - <span style="color: red;">FOTOSESSİYA
# 25 oktyabr 2014 10:21 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Qalatasaray” klubunun fövqəladə qurultayı keçirilir.

APA-nın qurultayı işıqlandıran Türkiyə müxbiri xəbər verir ki, qurultayda yeni başqan seçiləcək.

Başqanlığa namizədlər Duyğun Yarsuvat və Alp Yalman səsvermədən əvvəl müşahidəçilərini təyin ediblər.

Artıq səsverməyə start verilib. Səsvermə yerli vaxtla saat 15.00-da başa çatacaq.

Qeyd edək ki, hazırkı başqan Ünal Aysal “Qalatasaray” başqanlığından vaxtından əvvəl istefa verdiyini açıqlayıb.

Başqanlığa namizədlərdən Alp Yalman 1990-96-cı illərdə “Qalatasaray”ın başqanı olub.

Digər namizəd Duyğun Yarsuvat isə “Qalatasaray” Universitetinin qurucu rektorudur.

Türkiyənin tanınmış hüquqşünaslarından olan professor D. Yarsuvat söz və ifadə azadlığı ilə bağlı məhkəmə proseslərində vəkillik də edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR