Böyük Britaniya “İŞİD” mövqelərinə zərbə endirməyə qoşulmağı planlaşdırmır

Böyük Britaniya “İŞİD” mövqelərinə zərbə endirməyə qoşulmağı planlaşdırmır
# 13 oktyabr 2014 20:55 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond bəyan edib.

“Mən buna təcili zərurət olduğunu görmürəm. Bildiyimə görə, ABŞ hazırkı vəziyyəti qənaətbəxş hesab edir. Əlbəttə, hərbi əməliyyatların necə inkişaf edəcəyini heç kim bilmir, lakin məncə bizim İraqda, ABŞ-la Fars körfəzi ölkələri isə Suriyada diqqəti cəmləşdirməlidir”, deyə İraqda səfərdə olan Hammond bildirib.

Xatırladaq ki, sentyabrın 26-da Böyük Britaniyanın parlamenti “İŞİD”-in İraqdakı mövqelərinə hava zərbələrinin endirilməsinə razılıq vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR