Bakıda avtomobilləri oğurlayan dəstə tutulub

Bakıda avtomobilləri oğurlayan dəstə tutulub
# 06 noyabr 2014 12:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda avtomobilləri oğurluyan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Metropolitendə Polis Şöbəsi və Suraxanı 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da İslam Teymurova, sentyabrın 10-da Böyükağa Cabbarova və oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus avtomobilləri qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Zahir Əzizov və İlqar Müslümlü ilə birgə noyabrın 1-də Məhərrəm Rzayevə məxsus avtomobildən maqnitofon və sənəd oğurlamas da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Əzizov və İ.Müslümlü də tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR