ABŞ-ın ATƏT-dəki nümayəndəsi: “Hücumlar, zorakılıqlar, intiqam Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız çətinləşdirə bilər”

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: “Hücumlar, zorakılıqlar, intiqam Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız çətinləşdirə bilər”
# 15 avqust 2014 12:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu bəyanatı ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Robins verib. O bildirib ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün tərəflərə yardım etmək siyasətinə sadiqdir.

Diplomat bəyan edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: “İntiqam, hücumlar, zorakılıqlar, provokasion bəyanatlar münaqişənin həllini yalnız çətinləşdirə bilər. Ona görə də biz liderləri sülhə kömək edəcək atmosfer yaratmağa çağırırıq. Biz Soçi görüşünü və prezidentlərin münaqişəni sülh yolu ilə həll etmək, dialoqu davam etdirmək yönündə qərarını alqışlayırıq. Tərəfləri siyasi iradə taparaq struktur danışıqlar prosesinə daxil olmağa və diqqətlərini sülhün bölgəyə gətirəcəyi üstünlüklərə cəmləşdirməyə səsləyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR