FHN-in Cənub Regional Mərkəzində məşğələ keçirilib

FHN-in Cənub Regional Mərkəzində məşğələ keçirilib
# 11 oktyabr 2014 11:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Qəza baş vermiş binada xilasetmə ləvazimatları və alpinist avadanlıqlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi" mövzusunda məşğələ keçirilib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, əsas məqsədi Mərkəzin Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin qəza baş vermiş binada xilasetmə ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi üzrə bilik və bacarıqlarını yoxlamaq və artırmaqdan ibarət olan məşğələyə 1 ədəd "Mercedes-Benz Sprinter" markalı xüsusi xilasetmə avtomobili və 1 ədəd “Nissan Patrol” markalı avtomobil cəlb olunub.

Məşğələnin yekununda Mərkəzin əməliyyat növbətçisinin, Xüsusi xilasetmə hissəsinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılıb, yaranmış vəziyyət qiymətləndirilib, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR