Göygöldə baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub - YENİLƏNİB 1 - VİDEO

Göygöldə baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2014 10:01 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, qəza zamanı Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Elvin İlham oğlu Kərimov və 2004-cü il təvəllüdlü Gürcüstan vətəndaşı İsgəndərov Fuad Famil oğlu ölüb, 1968-ci il təvəllüdlü Şəmsiyeva Dilavər Məhəmməd qızı, 1985-ci il təvəllüdlü Osmanov Vasif Əli oğlu, 1963-cü il təvəllüdlü Alıyeva Gülşən Dursun qızı, 1968-ci il təvəllüdlü Süleymanova Həmayıl Cahangir qızı, 1955-ci il təvəllüdlü Hacıyeva Nabat Qurban qızı, 1953-cü il təvəllüdlü Ayvazova Hürü Mustafa qızı və 1993-cü il təvəllüdlü Mamedov Bəhruz İlham oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***

10.28

Gəncə. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 03:00 radələrində magistral yolun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Bakı-Gürcüstan marşrutu üzrə işləyən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

Qəza nəticəsində avtobus alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə dəstəsi cəlb edilib. FHN-in hadisə ilə bağlı yaydığı məlumata görə, yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:40-da başa çatıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR